Süni intellektin inkişafı bəşəriyyəti ekoloji fəlakətə sürükləyir
Alimlər süni intellektin yaradılması və inkişafının nəticələrini araşdırırlar.
"Azərbaycan müəllimi" xarici KİV-ə istinadla xəbər verir ki, bu məqsədlər üçün avadanlıqların hazırlanmasına çoxlu resurs, o cümlədən qiymətli metallar xərclənir. Və onların çıxarılması ekosistemə təsir göstərir.
Bundan əlavə, ekspertlərin fikrincə, beş ildən sonra generativ neyron şəbəkələri ilə işləmək üçün məlumat mərkəzləri səkkiz faiz çox elektrik enerjisi sərf edəcək. Bu da öz növbəsində tullantıların artmasına səbəb olacaq.
Bununla əlaqədar olaraq alimlər böyük şirkətləri bu texnologiyaların inkişafının nəticələrini minimuma endirmək üçün həll yolları tapmağa çağırırlar.



