Tədqiqatçılar müvəffəqiyyətin sadə formulunu açıqlayıblar

27 Noyabr, 2024 - 17:22

Vaterlo Universitetinin apardığı araşdırma zamanı müəyyən olunub ki, müvəffəqiyyətin açarı sadə izahlardır.

"Azərbaycan müəllimi"nin məlumatına görə, 2820 iştirakçı ilə aparılmış 7 eksperiment sübut edib ki, insanlar tapşırıqları daha səmərəli şəkildə yerinə yetirmək istəyərkən sadə izahatlara üstünlük verirlər.

Vaterlo Universitetinin inkişaf psixologiyası üzrə fəlsəfə doktoru namizədi Klaudia Sehl bildirir ki, daha sadə izahatlara üstünlük verməyimiz hərəkətləri necə qiymətləndirdiyimizi göstərir.

Sehl araşdırma aparmaq üçün inkişaf psixologiyası professorları Ori Friedman və Stephanie Denison ilə əməkdaşlıq edib. Tədqiqatçılar müəyyən ediblər ki, insanlar nəticəni başa düşmək və ya məqsədə çatmaqdan asılı olmayaraq, mürəkkəb izahata nisbətən sadə və etibarlı izahatları üstün tuturlar.

“Səbəb nə qədər sadə və etibarlı olarsa, həm hadisəni başa düşmək, həm də gələcəkdə nəticələr əldə etmək bir o qədər asan olur”, - deyə Sehl əlavə edib.

Bu tapıntılar göstərir ki, insanlar səmərəlilik və sadəlik axtarır, həm izahatlarda, həm də məqsədlərə çatmaqda. Nəticədə, sadə və etibarlı izahatlar həm daha sürətli, həm də daha səmərəli qərar verməyə gətirib çıxarır.