"Təhsil kreditlərindən ən çox yararlanan ali məktəblər arasında özəl universitetlər də yer alır"
“Təhsil kreditlərindən ən çox yararlanan ali təhsil müəssisələri arasında özəl universitetlər də yer alır”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Təhsil Tələbə Krediti Fondunun (TTKF) İdarə Heyətinin sədri Bəhruz Əzimov TTKF-nin 4 illik fəaliyyətinə dair hesabat tədbirində jurnalistlərin suallarını cavablandırarkən deyib.
O bildirib ki, Azərbaycan Kooperasiya Universiteti ilk sıralarda, təxminən beşinci və ya altıncı yerdə qərarlaşıb. Eyni zamanda, digər özəl universitetlərdə də təhsil kreditindən istifadə edən tələbələr var: “İlk onluğa daxil olmasa da, Odlar Yurdu Universiteti on birinci yerdədir. Bundan əlavə, Xəzər Universiteti, Qərb Universiteti və digər özəl ali təhsil müəssisələrindən də kredit müraciətləri və rəsmiləşdirmələr həyata keçirilib. Bu barədə geniş siyahını ictimaiyyətlə paylaşa bilərik”.


