Təhsil və elm xərclərinə ayrılan vəsait artırılıb

13 Noyabr, 2025 - 11:41
Təhsil və elm xərclərinə ayrılan vəsait artırılıb

2026-cı il üçün təhsil və elm xərclərinə 5,2 milyard manat vəsait nəzərdə tutulur.

“Azərbaycan müəllimi”xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin bu gün keçirilən birgə iclasında maliyyə nazirinin müavini Himalay Məmişov deyib.

O qeyd edib ki, bu, cari illə müqayisədə 68,4 milyon manat və ya 1,3 faiz, ötən illə müqayisədə 658,0 milyon manat və ya 14,3 faiz çoxdur:

“Ortamüddətli dövrdə təhsil və elmə ayrılan vəsait mütləq ifadədə 1,4 milyard manat və ya 35,2 faiz artıb”.