Təhsildə lider qadınların sayı artıb – Hesabat 

1 Oktyabr, 2026 - 09:47
Təhsildə lider qadınların sayı artıb

“Qadınlar təhsilin aşağı səviyyələrində müəllimlərin açıq-aşkar əksəriyyətini təşkil etsələr də, demək olar ki, bütün OECD ölkələrində rəhbər vəzifələrdə az təmsil olunurlar”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) növbəti illik “Bir baxışda təhsil” (Education at a Glance 2026) hesabatında qeyd olunur. 

Hesabata əsasən, OECD ölkələri üzrə orta hesabla erkən uşaqlıq təhsili və qayğısı sahəsində çalışan müəllimlərin 96%-ni, ali təhsildə isə akademik heyətin 46%-ni qadınlar təşkil edir. Finlandiyada müvafiq rəqəmlər 97% və 53% -dir.  OECD ölkələri üzrə orta hesabla 2015-2024-cü illər arasında müəllimlər arasında gender balansı nisbətən az dəyişib. Əksər ölkələrdə ali təhsildə akademik heyətin əksəriyyətini kişilər təşkil etsə də, qadınların payı artıb. 

Bununla belə, liderlik vəzifələrində qadınların nisbəti də son 10 ildə durmadan artıb.