"Təhsildən karyeraya" təcrübə proqramına qeydiyyat başladı

25 Sentyabr, 2026 - 21:27
"Təhsildən karyeraya" təcrübə proqramına qeydiyyat başladı

"Təhsildən karyeraya" təcrübə proqramına müraciət başlayır.

"Azərbaycan müəllimi" xəbər verir ki, Təhsil Tələbə Krediti Fondu və “Loqos” Psixoloji və Nitq Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində gənclər üçün təcrübə proqramına müraciət elan olunur.

Proqram aşağıdakı istiqamətləri əhatə edir:

• Psixologiya və psixoterapiya;

• Sosial iş; 

• Layihələrin idarə olunması.

İştirakçılar real layihələrdə praktiki təcrübə qazanmaq, peşəkar bacarıqlarını inkişaf etdirmək və əmək mühitinə daha yaxından bələd olmaq imkanı əldə edəcəklər.

Son müraciət tarixi: 25 oktyabr 2026.

İştirak qrafiki: Təhsil və şəxsi qrafik nəzərə alınmaqla qarşılıqlı razılaşma əsasında müəyyən ediləcək.  

Qeyd: Proqram ödənişsizdir və maliyyə ödənişi nəzərdə tutulmur.

Müraciət üçün qeydiyyat linkinə keçid edin.

https://docs.google.com/forms/d/e/1FAIpQLSfRWfGiETnGpTofK3XsKKrQGn4QD4zFAPWzJvgSo38rHMLktg/viewform