Tələbələr sağlamlıq imkanları məhdud uşaqları sevindirib    

30 Dekabr, 2025 - 11:20
Tələbələr sağlamlıq imkanları məhdud uşaqları sevindirib    

Naxçıvan Dövlət Peşə Təhsil Mərkəzinin Dayə ixtisas qrupu üzrə təhsil alan tələbələri Naxçıvan Uşaq Bərpa Mərkəzində olublar.

"Azərbaycan müəllimi" xəbər verir ki, tələbələr orada müalicə və reabilitasiya alan sağlamlıq imkanları məhdud uşaqları Yeni il bayramı münasibətilə təbrik edərək, onlara bayram hədiyyələri veriblər.

Tələbələrin bu sosial təşəbbüsü uşaqlarda sevinc və xoş ovqat yaratmaqla yanaşı, gələcək peşə fəaliyyətləri üçün də mühüm praktiki əhəmiyyət daşıyıb. Belə tədbirlər dayə ixtisası üzrə təhsil alan tələbələrin gələcəkdə çalışacaqları mühitlə yaxından tanış olmalarına, xüsusi qayğıya ehtiyacı olan uşaqlarla ünsiyyət bacarıqlarını inkişaf etdirmələrinə, empatiya və məsuliyyət hisslərini gücləndirmələrinə şərait yaradır. Bu cür səfərlər nəzəri biliklərin real həyat təcrübəsi ilə vəhdətini təmin etməklə, peşəkar və humanist kadrların formalaşmasına mühüm töhfə verir.