Təşkilatçılıq çox yüksək səviyyədədir - SAF 2025-ə qatılan İsveçrə komandasının üzvü 

17 Noyabr, 2025 - 11:34
Təşkilatçılıq çox yüksək səviyyədədir
Təşkilatçılıq çox yüksək səviyyədədir
Təşkilatçılıq çox yüksək səviyyədədir
Təşkilatçılıq çox yüksək səviyyədədir

Bakıda keçirilən STEAM Azərbaycan Festivalında (SAF 2025) iştirak edən İsveçrə komandasının nümayəndəsi Sebastian Etter təəssüratlarını “Azərbaycan müəllimi” ilə bölüşüb.

O bildirib ki, festival öncəsi hazırlıqlar İsveçrədə aparılıb və yerli komanda yarış üçün təlimatlandırılıb.
“Dünən Bakıya gəldim və buradakı insanlarla tanış oldum. Könüllülərin fəaliyyəti və ümumilikdə festivalın təşkilatçılığı çox yüksək səviyyədədir”, – deyə Sebastian Etter qeyd edib.

Festivalda iştirak edən İsveçrə komandası 8–12 yaşlı məktəblilərdən ibarətdir. Onlar yarışa ciddi hazırlaşaraq qatılıblar. Etter şagirdlərin motivasiyasını yüksək qiymətləndirərək deyib: “Onlar çox ağıllı və istedadlıdırlar. Hazırda günün ikinci yarısındakı mərhələyə hazırlaşırlar”.

Qeyd edək ki, festivalda iştirak üçün ümumilikdə 5000-dən çox iştirakçı qeydiyyatdan keçib, final mərhələsinə onların 1400-dən çoxu vəsiqə qazanıb. İştirakçıların 202-i 19 xarici ölkəni təmsil edir.

Beynəlxalq STEAM Azərbaycan Festivalı 19 noyabr tarixinədək davam edəcək.