Texniki və yumşaq bacarıqlar ilk dəfə keys metodu ilə qiymətləndirilib
Peşə təmayüllü siniflərin fəaliyyət göstərdiyi 100 ümumi təhsil müəssisəsində həyata keçirilən texniki və yumşaq bacarıqların qiymətləndirilməsi ilk dəfə olaraq keys metodu əsasında aparılıb.
“Azərbaycan müəllimi” xəbər verir ki, qiymətləndirmə formasına əsasən şagirdlər fərdi olaraq deyil, komanda şəklində fəaliyyətləri əsasında qiymətləndirilib. Texniki və yumşaq bacarıqların qiymətləndirilməsi aşağıdakı 4 meyar üzrə ümumilikdə 20 indikator əsasında aparılıb:
- İşin təşkili
- Komandadaxili əməkdaşlıq
- Tapşırığın yerinə yetirilməsi
- Effektiv təqdimat bacarıqları



