Texnologiya sahəsində karyera qurmaq istəyənlərin NƏZƏRİNƏ

22 Sentyabr, 2026 - 16:55
Texnologiya sahəsində karyera qurmaq istəyənlərin NƏZƏRİNƏ

Texnologiya sahəsində karyera qurmaq istəyən gənclər üçün yeni fürsət yaradılıb.

"Azərbaycan müəllimi" xəbər verir ki,  Təhsilin İnkişafı Fondunun "NEQSOL Academy" ilə birgə layihəsi olan "Peerstack Academy" yeni qruplar üzrə qəbul elan edir.

Proqram çərçivəsində iştirakçılar praktiki öyrənmə və "peer-to-peer" yanaşması ilə proqramlaşdırma bacarıqlarını inkişaf etdirəcək, real layihələr üzərində işləyərək texnologiya sahəsində təcrübə qazanacaqlar.

Qəbul imtahanında göstərilən nəticəyə əsasən iştirakçılar təqaüd əldə etmək imkanı da qazanacaqlar.

🔗 Ətraflı məlumat: peerstack.tech