TISA nümayəndəsi: “Müəllim fənnini öyrətməyi də mükəmməl bilməlidir
“Müəllim yalnız fənnini deyil, öyrətməyi də mükəmməl bilməlidir”
“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikri TISA-nın ümumiməktəb fəaliyyətləri üzrə direktor müavini Rebecca Greenall Qarabağ Universitetində keçirilən forumda çıxışı zamanı səsləndirib.
O bildirib ki, müasir dövrdə müəllimlərdən yalnız ixtisas sahələrini yaxşı bilmələri kifayət etmir. Müəllimlər eyni zamanda bu bilikləri şagirdlərə necə effektiv şəkildə çatdırmağı da peşəkar səviyyədə mənimsəməlidirlər.
Koordinatorun sözlərinə görə, yeni müəllimlər həm öz sahələrinin ekspertləri, həm də öyrətmə prosesinin mütəxəssisləri kimi formalaşmalıdır: “Müəllim yalnız nəyi bildiyini deyil, onu necə öyrətdiyini də bilməlidir”.
Qeyd olunub ki, tədrisin keyfiyyəti müəllimin pedaqoji yanaşmalarından, istifadə etdiyi metodlardan və şagirdlərlə qurduğu qarşılıqlı əlaqədən birbaşa asılıdır.
Sonda vurğulanıb ki, müəllim hazırlığında əsas diqqət yalnız məzmun biliklərinə deyil, həm də effektiv tədris bacarıqlarının inkişafına yönəldilməlidir.



