Türkiyədə məktəbə silahlı hücum olub – Yaralılar var
Manisanın Turqutlu rayonunda bir nəfər orta məktəbin qarşısında silahla ətrafa atəş açıb. Hücum zamanı şagirdlərin xəsarət alması barədə məlumatlardan sonra hadisə yerinə çoxsaylı polis və tibb qrupları cəlb edilib.
"Azərbycan müəllimi" xarici KİV-ə istinadən xəbər verir ki, hadisə səhər saat 08:00 radələrində Turqutlu rayonunun Albayrak məhəlləsində yerləşən İnci Üzmez Peşə və Texnixi Anadolu Liseyinin qarşısında baş verib.
İlkin məlumatlara görə, naməlum şəxs məlum olmayan səbəbdən məktəbin qarşısında silahla ətrafa atəş açıb.
Silahlı hücum zamanı şagirdlərin xəsarət alması barədə 112 Təcili Yardım Mərkəzinə məlumat daxil olub. Məlumatdan sonra əraziyə çoxsaylı polis və tibb qrupları göndərilib.
Əraziyə çatan qruplar işə başlayıb. Polis əməkdaşları ətraf ərazidə təhlükəsizlik tədbirləri gördüyü halda, tibb qrupları zəruri müdaxilələri davam etdirir.
Hadisənin səbəbi, hücumçunun şəxsiyyəti və ya xəsarət alan şagirdlərin səhhəti ilə bağlı hələlik ətraflı məlumat verilməyib. Hadisə yerindəki qrupların araşdırmaları davam edir.




