Türkiyədə müəllimlərin xüsusi geyim forması olacaq
Türkiyənin Milli Təhsil Nazirliyi yeni tədris ilində görüləcək iş və tədbirlərlə bağlı bütün vilayətlərə təlimat göndərib.
"Azərbaycan müəllimi" Türkiyə KİV-ə istinadən xəbər verir ki, Türkiyədə 2026/2027-ci tədris ili sentyabrın 14-də başlayacaq.
Təlimata əsasən, təhsil müəssisələrinin rəhbərləri, müəllimlər və digər təhsil işçilərindən vəzifələrini yerinə yetirərkən müəllimlik peşəsinin nüfuzuna, dövlət xidmətinin ciddiliyinə və ictimai həssaslığa uyğun davranmaları tələb olunacaq.
Bununla əlaqədar müəllimlər üçün xüsusi geyim forması tətbiq olunacaq. Bu məsələ ilə bağlı tədris ilinin əvvəlində müəllimlər şurasında məlumatlandırma aparılacaq və qaydalara əməl olunmasına yerli təhsil idarələri tərəfindən nəzarət ediləcək.




