“Uğur qazanmaq üçün dayanmadan çalışmaq lazımdır” – Maksimum nəticə göstərən Zümrüd

17 Aprel, 2025 - 16:50
“Uğur qazanmaq üçün dayanmadan çalışmaq lazımdır” – Maksimum nəticə göstərən Zümrüd
“Uğur qazanmaq üçün dayanmadan çalışmaq lazımdır” – Maksimum nəticə göstərən Zümrüd

Mərkəzi Aran Regional Təhsil İdarəsinin şagirdi gələcəyin həkimi olmaq yolunda inamla irəliləyir

Martın 9-da keçirilmiş buraxılış imtahanında ən yüksək bal toplayan 20 nəfərdən biri olan Zümrüd Məmmədli Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyindəki Mingəçevir şəhər Təbiət-riyaziyyat və humanitar  təmayüllü liseyin XI sinif şagirdidir. 

Həkim olmağı arzulayan Zümrüd 4-cü ixtisas qrupu üzrə blok imtahanlarına hazırlaşır. Gənc və məqsədyönlü şagird məktəb illərində qazandığı uğurlarla seçilir.

Azərbaycan Tibb Universitetinə qəbul olmağa hazırlaşan Zümrüd bildirir:

“Uğur qazanmaq üçün məqsədyönlü olmaq və dayanmadan çalışmaq lazımdır. Bu yolda mənə daim dəstək olan valideynlərimə və liseyimizin dəyərli müəllimlərinə sonsuz təşəkkür edirəm. Onların motivasiyası və inamı mənim yolumu daha da işıqlandırır”.

Zümrüdün hədəfi “Müalicə işi” ixtisası üzrə təhsil almaq və gələcəkdə ölkəmizdə sağlamlıq sahəsində faydalı bir mütəxəssis kimi fəaliyyət göstərməkdir.

Məktəb rəhbərliyi və müəllim kollektivi onun bu əzmini yüksək qiymətləndirir, onun timsalında həm təhsilə sevgi ilə yanaşan, həm də öz inkişaf yolunu aydın görən bir gənc nəsil nümayəndəsini görürlər.