Universitetlərarası Süni İntellekt Mərkəzi yaradılır

1 May, 2026 - 11:13
Universitetlərarası Süni İntellekt Mərkəzi yaradılır

Naxçıvan Dövlət Universiteti ilə Pekin Kimya Texnologiyaları Universiteti arasında əməkdaşlıq münasibətlərinin qurulması və inkişaf etdirilməsi məqsədilə rəsmi görüş keçirilib və tərəflər arasında mühüm əməkdaşlıq müqaviləsi imzalanıb.

Universitetdən "Azərbaycan müəllimi"nə verilən məlumata görə, görüşdə Pekin Kimya Texnologiyaları Universitetini vitse-prezident Van Fen, Beynəlxalq Mübadilə və Əməkdaşlıq şöbəsinin direktoru Canq Bin, Beynəlxalq Təhsil Fakültəsinin dekanı Yan Honq, Humanitar elmlər və hüquq institutunun rəhbəri Çjen Süyin təmsil ediblər.
Müzakirələr zamanı ali təhsil və elmi-tədqiqat sahələrində əməkdaşlığın perspektiv istiqamətləri geniş şəkildə nəzərdən keçirilib. Xüsusilə universitetlər arasında birgə Süni İntellekt Mərkəzinin yaradılması əsas prioritetlərdən biri kimi ön plana çıxıb. Bununla yanaşı, tələbələrin Pekin Kimya Texnologiyaları Universitetində istehsalat və təcrübə proqramlarında iştirakının təmin olunması, eləcə də həmin universitetin professor-müəllim heyətinin Naxçıvan Dövlət Universitetinə dəvət edilərək tədris prosesində iştirakı məsələləri diqqət mərkəzində olub.

Görüşün yekununda vurğulanıb ki, imzalanan əməkdaşlıq müqaviləsi hər iki ali təhsil müəssisəsi arasında elmi, akademik və innovativ fəaliyyətlərin inkişafına, beynəlxalq təcrübə mübadiləsinin genişlənməsinə və yüksək ixtisaslı kadr hazırlığının keyfiyyətinin artırılmasına mühüm töhfə verəcək.