“Uşaq oğrusu” ilə bağlı görüntülər yayan şəxs azyaşlı olub – DİN araşdırdı

8 Dekabr, 2025 - 11:28
“Uşaq oğrusu” ilə bağlı görüntülər yayan şəxs azyaşlı olub – DİN araşdırdı

Ötən gün sosial şəbəkələrdə Naxçıvanda “uşaq oğrusu”nun peyda olması ilə bağlı yayılan görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb.

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən “Azərbaycan müəllimi”nə verilən məlumata görə, araşdırmalarla görüntünü sosial şəbəkələrdə yayan şəxsin azyaşlı olduğu müəyyən edilib və valideynin iştirakı ilə onunla profilaktik iş aparılıb, sosial şəbəkələrdən düzgün istifadə qaydaları barədə izahlar verilib.

Həmçinin azyaşlının valideyinlərinə də övladlarının internet mühitində davranışına nəzarətin vacibliyi barədə xəbərdarlıq edilib.
Məlumata görə, Naxçıvan ərazisində uşaq oğruluğu, yaxud bu kimi təhlükəli hadisələrlə bağlı hər hansı bir fakt qeydə alınmayıb.