Valideynlər məktəblilərin həddən artıq yüklənməsindən narahatdırlar

7 Fevral, 2025 - 18:15
Valideynlər məktəblilərin həddən artıq yüklənməsindən narahatdırlar
Valideynlər məktəblilərin həddən artıq yüklənməsindən narahatdırlar

Valideynlər məktəblilərin həddən artıq yüklənməsindən və asudə vaxtlarının azlığından narahatdırlar.

“Azərbaycan müəllimi” xəbər verir ki, “Gazeta.Ru” portalı tərəfindən aparılan sorğunun nəticəsinə görə, valideynlərin əksəriyyəti (72%) müasir məktəblilərin dərslər və dərnəklərlə həddən artıq yükləndiyini düşünür. 

Məktəbdən sonra uşağın harada olduğuna nəzarət problemi də aktual olaraq qalır. Valideynlərin 60%-i heç də hər zaman övladlarının harada olduğunu bilmədiyini söyləyib. 54%-i isə övladının gecikməsindən narahatdır, çünki uşaqlar onlara planları barədə məlumat vermirlər. Eyni zamanda, 57%-i bunu izləməyə çalışsa da, uşağın icazəsiz evdən kənarda qalması halları ilə qarşılaşır. 

Hər dörd valideyndən biri (25%) övladına güvənir və narahat olmur, 18%-i isə bu məsələyə daha çox nəzarət etmək istəyir, lakin buna vaxtı olmur. Valideynlərin 15%-i müntəzəm olaraq övladının zənglərə cavab vermədiyi və ya əlaqə saxlamadığı bir vəziyyətlə qarşılaşır.

Ekspertlər qeyd edirlər ki, belə vəziyyətlərdə nəzarət və inam arasında tarazlığı saxlamaq vacibdir. Uşaqlarla günlərini necə keçirdiyini müzakirə etmək, gün ərzində baş verən hadisələrlə bağlı hisslərini soruşmaq etibarlı münasibət qurmağa kömək edir. 

Uşaqların dərsdən sonra evə gec qayıtmağının səbəbləri bunlardır:

– Yorğunluq və təhsildən sonra istirahət etmək istəyi – 25%

– Dostlarla daha çox vaxt keçirmək arzusu – 42%

– Futbol, skeytbord və ya onlayn oyun kimi hobbilərlə məşğul olmaq – 28%

Ümumilikdə, valideynlərin 72%-i övladlarının təkcə məktəb proqramı ilə deyil, həm də məktəbdənkənar fəaliyyətlərlə həddən artıq yüklənməsindən narahatdır. Əksər şagirdlər üçün öyrənmə son zənglə bitmir: onlar repetitor yanına gedir, müxtəlif kurslarda təlim görürlər. Respondentlərin yalnız 25%-i övladının iş yükünün yalnız məktəb işləri ilə məhdudlaşdığını bildirib.

Tədqiqatın nəticələri təhsil yükü, asudə vaxt və uşaqların şəxsi vaxtı arasında tarazlığın tapılmasının zəruriliyini vurğulayır.