Velosiped yarışlarının II günü: Bu gün şose üzrə qrup yarışları keçirilir

22 İyun, 2026 - 11:06
Velosiped yarışlarının II günü: Bu gün şose üzrə qrup yarışları keçirilir

Məktəblilərin Respublika İdman Olimpiadası çərçivəsində velosiped yarışlarının ikinci günü başlayıb. 

"Azərbaycan müəllimi" xəbər verir ki, bu gün şose üzrə qrup yarışları keçiriləcək. 

Yarış günündə U15 yaş qrupu üzrə 5 qız və 27 oğlan şagird yarışacaq.

Xatırladaq ki, yarışın ilk günündə dağ velosipedi üzrə qrup yarışında U15 yaş qrupunda 18 nəfər oğlan mübarizə aparıb. 

Məlumat üçün qeyd edək ki, Məktəblilərin Respublika İdman Olimpiadası çərçivəsində iştirakçılar 21–26 iyun tarixlərində ağırlıqqaldırma, atletika, badminton, basketbol, boks, cüdo, yunan-Roma güləşi, sərbəst güləş, bədii gimnastika, stolüstü tennis, taekvondo və velosiped idmanı növləri üzrə mübarizə aparacaqlar.
Olimpiada Elm və Təhsil Nazirliyi və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti və müvafiq idman federasiyalarının dəstəyi ilə ölkədə ilk dəfə keçirilir. Bu layihə məktəblilər arasında respublika səviyyəsində təşkil olunan ilk genişmiqyaslı idman tədbiridir.

Olimpiadanın əsas məqsədi məktəblilər arasında idmanın inkişafına töhfə vermək, sağlam həyat tərzini təşviq etmək, fiziki hazırlıq səviyyəsini yüksəltmək, istedadlı gəncləri üzə çıxarmaq və onların gələcək inkişaf perspektivlərini dəstəkləməkdir.