Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ: Apostillər elektron qaydada veriləcək
“Xaricdən təhsil almaq istəyənlər üçün elektron attestatların apostillərinin hələlik elektron qaydada verilmədiyini nəzərə alaraq, bu sənədlər müvəqqəti olaraq elektron notariusdan keçməklə təsdiqlənir və daha sonra müvafiq təhsil müəssisəsinə təqdim edilir”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırması İdarəsinin rəisi Vüsal Xanlarov yeni tədris ilinə dair keçirilən mətbuat konfransında məlumat verib.
Bildirilib ki, növbəti ildən müvafiq nazirliklərlə birlikdə apostillərin elektron qaydada verilməsi üzərində işlər aparılacaq: “Bununla belə, bu il verilən elektron təhsil sənədləri tam rəsmi hüquqi qüvvəyə malikdir və Azərbaycan Respublikasının dövlət sənədidir”.




