Yeni peşə təhsili proqramları hazırlanacaq
İqtisadiyyatın prioritet sahələri üzrə əmək bazarının tələblərinə uyğun peşə təhsili proqramları hazırlanacaq.
"Azərbaycan müəllimi" xəbər verir ki, bu, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən "Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026–2030-cu illər üçün Tədbirlər Planı"nda əksini tapıb.
Tədbirlər Planına əsasən, əmək bazarının tələblərinə uyğun müvafiq ixtisaslar üzrə beynəlxalq sertifikat proqramlarını mövcud peşə təhsili proqramları ilə uyğunlaşdırma imkanlarının müəyyən ediləcək.
Təhsil proqramlarının beynəlxalq sertifikat proqramlarına uyğunlaşdırılması və pilot layihələrin tətbiqi (2 təhsil proqramı) nəzərdə tutulur. Tətbiq edilən 2 pilot təhsil proqramının tədris nəticələrininə əsasən tədbirlər müəyyən ediləcək.




