Yeni rəqəmsal ixtisasın tədrisinə başlanılacaq
Ali təhsil sahəsində 1 yeni rəqəmsal ixtisas tədrisinə başlanılacaq,
“Azərbaycan müəllimi” xəbər verir ki, bu "Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiyası"nda öz əksini tapıb.
Sənəddə qeyd edilib ki, 2 proqram beynəlxalq sertifikat standartlarına uyğunlaşdırılacaq, nəticədə rəqəmsal bacarıqlara yiyələnmiş 1000 məzun hazırlanacaq və beynəlxalq sertifikata malik 100 mütəxəssis əmək bazarına inteqrasiya olunacaq.


