Yer kürəsində tektonik dəyişikliklər baş verir: Hindistan yarıya bölünə bilər
Amerikalı alimlər Hindistan kontinental plitəsinin mümkün parçalanması ilə bağlı maraqlı fərziyyə irəli sürüblər.
“Azərbaycan müəllimi” “Popular Science”ə istinadən xəbər verir ki, Stenford Universitetinin mütəxəssisləri tərəfindən aparılan araşdırmalar gələcəkdə bu plitənin iki hissəyə bölünə biləcəyini göstərir.
Nəzəriyyənin əsas sübutlarından biri Tibetin təhlilidir. Burada daha yüksək bir plitənin yüksəlməsi və eyni zamanda aşağı olanın dərinləşməsi prosesi baş verir.
Bundan əlavə, Hindistan plitəsinin altından keçən seysmik dalğaların tədqiqi nəticəsində üfüqi çat aşkar edilib ki, bu da belə bir prosesin mümkün ola biləcəyini göstərir.
Maraqlıdır ki, oxşar hadisələr Şərqi Afrikada da qeydə alınır. Burada plitələr ildə təxminən 6,35 mm sürətlə bir-birindən ayrılır. Alimlərin fikrincə, bu proses təxminən 35 milyon il əvvəl başlayıb və bu günə qədər inkişaf etməkdə davam edir.



