“Yüksək nəticə gözləyirdim” – II və III ixtisas qruplarının birinciləri danışdılar

17 İyun, 2026 - 21:58
“Yüksək nəticə gözləyirdim” – II və III ixtisas qruplarının birinciləri danışdılar

24 may 2026-cı il tarixində keçirilmiş II və III ixtisas qrupları üzrə qəbul imtahanın nəticələri elan olunub. 

“Azərbaycan müəllimi” imtahanda II və III ixtisas qrupları üzrə ən yüksək nəticə göstərən məzunlarla həmsöhbət olub. 

Bakı şəhəri Suraxanı rayonu S.Bəhlulzadə adına Bakı şəhəri Nizami rayonu 62 saylı məktəb-liseyin məzunu Aişə Qasımova bildirib ki, maksimal nəticə onun üçün gözlənilməz olmayıb:

"İmtahandan sonra nəticələri özüm yoxlamışdım. Maksimal bal olmasa da, 395 baldan yuxarı nəticə gözləyirdim. Bundan sonra təhsilimi Bakı Dövlət Universitetində davam etdirmək istəyirəm. İngilis dilində hüquq təhsili almaq niyyətindəyəm ".

III ixtisas qrupu üzrə 690 bal toplayaraq ən yüksək nəticə əldə edən Sumqayıt şəhəri 12 nömrəli məktəbin məzunu Fidan Hüseynzadə isə hələ IX sinifdə oxuyarkən Azərbaycan dili və ədəbiyyat fənni üzrə Respublika Fənn Olimpiadasının qızıl medalına layiq görülüb. Eyni zamanda, “Zəkaların mübarizəsi” olimpiadasının qalibi olub. O qeyd edib ki, nəticələri öyrənəndə keçirdiyi hissləri ifadə etməkdə çətinlik çəkir:

"Yüksək nəticə əldə edəcəyimi gözləyirdim. Yüksək nəticə əldə etmək çox sevindiricidir. Gələcəkdə təhsilimi hüquqşünaslıq ixtisası üzrə davam etdirmək istəyirəm".

II ixtisas qrupu üzrə ən yüksək nəticəni göstərən Banuçiçək Rüstəmli qeyd edib ki, yüksək nəticə əldə edəcəyini güman etsə də, nəticələri həyəcanla gözləyib:

"Nəticələr ürəyimcə oldu. Bundan sonra təhsilimi ADA Universitetində maliyyə ixtisası üzrə davam etdirmək istəyirəm".