"Zamanı idarə etməyi bacarmalısan" - Maksimal bal toplayan abituriyent
Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Sumqayıt şəhər Təbiət elmləri təmayüllü gimnaziyanın məzunu Samir Tağızadə IV ixtisas qrupu üzrə hər iki mərhələnin cəminə görə 700 bal toplayaraq ən yüksək nəticəni göstərib.
"Azərbaycan müəllimi" ölkə birincisi ilə həmsöhbət olub.
Samir Tağızadə bildirir ki, IX sinifdə keçirilən buraxılış imtahanında 294, XI sinifdə isə 300 bal nəticə göstərib: "Yüksək nəticə əldə etmək üçün şagirdlər həm düzgün istiqamətdə çalışmalı, həm də vaxt bölgüsünü idarə etməyi bacarmalıdırlar, istirahət üçün özlərinə kifayət qədər vaxt ayırmalıdırlar".
Samir səkkizinci sinifdə fizika fənni üzrə RFO-da iştirak edib və bürünc medal qazanıb. Eyni zamanda X sinifdə "Əlaçı" verilişinin qalibi olub".
"Blok imtahanı mənə görə buraxılış imtahanından daha asan keçdi. Blok imtahanında sualları vaxta görə cavablandırmaq daha rahat idi".
Samir Azərbaycan Tibb Universitetində oxumağı planlaşdırır: "Daha sonra təhsilimi xaricdə davam edib cərrahiyyə sahəsi üzrə həkim işləmək istərdim".




