10 mindən çox şəxs üçün peşə hazırlığı kursları təşkil olunub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi bu ilin yanvar-iyul aylarında 234 min şəxsi aktiv məşğulluq tədbirləri ilə əhatə edib.
Bu barədə "Azərbaycan müəllimi"nə ƏƏSMN-dən məlumat verilib.
Bildirilib ki, onlardan 103 min şəxs münasib işlərlə təmin olunub, 973 şəxs kiçik ailə təsərrüfatlarını yaratmaları üçün özünüməşğulluq proqramına cəlb edilib. 10,3 min şəxs üçün peşə hazırlığı kursları təşkil olunub, 119,7 min şəxsə isə peşəyönümü xidmətlər göstərilib.




