11 mindən çox tərbiyəçi-müəllim diaqnostik qiymətləndirmədə iştirak edib

4 İyul, 2025 - 18:11
11 mindən çox tərbiyəçi-müəllim diaqnostik qiymətləndirmədə iştirak edib
11 mindən çox tərbiyəçi-müəllim diaqnostik qiymətləndirmədə iştirak edib

2024-cü ildə ilk dəfə olaraq məktəbəqədər təhsil müəssisələrində çalışan 11 218 nəfər tərbiyəçi-müəllimin diaqnostik qiymətləndirilməsi həyata keçirilib. Qiymətləndirmədə maksimum nəticə 60 bal olub və yalnız 1 nəfər bu nəticəyə nail olub.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə məlumat Elm və Təhsil Nazirliyinin “2024–2025-ci tədris ili rəqəmlərdə” adlı rəsmi hesabatında yer alıb.

Hesabata görə, qiymətləndirmənin nəticələri aşağıdakı kimi olub:

50 baldan yuxarı toplayanlar – 324 nəfər (2.9%)

46–51 bal aralığında – 911 nəfər (8.1%)

41–46 bal aralığında – 1380 nəfər (12.3%)

36–41 bal aralığında – 1624 nəfər (14.5%)

30–36 bal aralığında – 2002 nəfər (17.8%)

30 baldan aşağı nəticə göstərənlər – 4977 nəfər (44.4%)

Məlumatda qeyd olunub ki, indiyədək məktəbəqədər təhsil üzrə kadr potensialının artırılması məqsədilə 10 minə yaxın pedaqoji heyət üçün ixtisasartırma təlimləri təşkil olunub.

Son üç ildə məktəbəqədər təhsil müəssisələrinə 800-ə yaxın tərbiyəçi-müəllim və 81 direktor təyin edilib.