1,3 milyondan çox şagirdin təhsil və təlim şəraiti yaxşılaşdırılıb - Kənan Kərimzadə

13 Noyabr, 2026 - 12:24
1,3 milyondan çox şagirdin təhsil və təlim şəraiti yaxşılaşdırılıb

2003-cü ildən 3 600-dən çox təhsil müəssisəsi tikilib və ya əsaslı təmir olunub.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri elm və təhsil nazirinin müavini Kənan Kərimzadə Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı səsləndirib.

Nazir müavini bildirib ki, bu illər ərzində 1,3 milyondan çox şagirdin təhsil və təlim şəraiti yaxşılaşdırılıb. “Mövcud infrastrukturu yararsız olan məktəblərin sayı 2022-ci ildən 900-dən 400-ə endirilib. 53 müəssisədə tikinti-quraşdırma, o cümlədən 35 modul məktəbin təhsil verilməsi planlaşdırılır. 11 müəssisə istifadəyə verilib”.

Onun sözlərinə görə, 2027-ci ildə 20 müəssisədə tikinti və əsaslı təmir işləri davam etdiriləcək, həmçinin 8,5 min yeni şagird yeri yaradılacaq.