55 rayondan tələbələr Qəbələ Peşə Təhsil Mərkəzini seçib

25 Sentyabr, 2026 - 11:08
55 rayondan tələbələr Qəbələ Peşə Təhsil Mərkəzini seçib
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində son illərdə tələbə qəbulunda müşahidə olunan artım peşə təhsilinə marağın davamlı şəkildə yüksəldiyini göstərir.
"Azərbaycan müəllimi" xəbər verir ki, 2020–2021-ci tədris ilində 444 nəfərdən başlayan qəbul sayı 2026–2027-ci tədris ilində 825 nəfərə yüksəlib. Bu il Mərkəzdə 55 rayondan 491 nəfər tələbə təhsil alır. Eyni zamanda, 84 oğlan tələbə Mərkəzin yataqxanasında məskunlaşıb.
Bu rəqəmlər Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin regionlar üzrə peşə təhsilinə çıxış imkanlarının genişləndiyini və Mərkəzə olan marağın ildən-ilə artdığını göstərir.