ABŞ-nin Nyu-Meksiko ştatında məktəblərdə telefonlardan istifadə məhdudlaşdırılır

16 Yanvar, 2025 - 20:47
ABŞ-nin Nyu-Meksiko ştatında məktəblərdə telefonlardan istifadə məhdudlaşdırılır
ABŞ-nin Nyu-Meksiko ştatında məktəblərdə telefonlardan istifadə məhdudlaşdırılır

Nyu-Meksikoda qanunverici orqan yeni sessiyaya hazırlaşdığı bir vaxtda senator Kristal Brantli məktəblərdə şagirdlərin mobil telefon istifadəsini məhdudlaşdırmaq üçün təşviq proqramı təklif edir edən qanun layihəsi təqdim edib.

"Azərbaycan müəllimi" newsnationnow.com-a istinadən xəbər verir ki, məktəblərdə telefon istifadəsini böyüyən problem adlandıran Brantli gənclərin sosial mediada orta hesabla gündə 5 saatdan çox vaxt keçirdiyini və bunun artıq həddindən artıq olduğunu vurğulayıb.

Layihəyə əsasən, Nyu-Meksiko Dövlət Təhsil Departamentinə mobil telefon istifadəsini məhdudlaşdıracaq proqramlar hazırlamaq üçün maliyyə ayrılacaq.

Belə proqramlardan biri artıq Los-Ancelesdə tətbiq olunur – şagirdlər dərs zamanı telefonlarını kilidlənən çantaya qoyurlar. Bu çanta yalnız dərsdən sonra açılır.

Brantli telefonların şagirdlərin zəif təhsil nəticələrinə və psixoloji sağlamlıq problemlərinə səbəb olduğunu qeyd edərək bildirib:

“Bu dəyişiklik sinifdə sosial əlaqələri yaxşılaşdıracaq və şagirdlərin müəllimlərə, təlim-tədris prosesinə diqqət ayırmasını təmin edəcək".

Senator Brantli, həmçinin bu təşəbbüsün həm şagirdlərin təhsil göstəricilərinə, həm də onların psixoloji sağlamlığına müsbət təsir edəcəyini diqqətə çatdırıb.