Ağalıda məktəblilərin veloyürüşü təşkil olunub

3 İyun, 2026 - 20:11
Ağalıda məktəblilərin veloyürüşü təşkil olunub

İşğaldan azad olunmuş Zəngilan rayonunun Ağalı kəndində fəaliyyət göstərən Ağalı kənd tam orta ümumtəhsil məktəbinin şagirdlərinin iştirakı ilə 3 İyun - Dünya Velosiped Günü ilə əlaqədar veloyürüş təşkil olunub.

Bu barədə Şərqi Zəngəzur Regional Təhsil İdarəsindən "Azərbaycan müəllimi"nə məlumat verilib.

Bildirilib ki, veloyürüş Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin və Şərqi Zəngəzur Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə baş tutub. Bu günün qeyd edilməsində məqsəd sağlamlıq, rifah və davamlı inkişaf üçün velosipeddən istifadənin təşviq edilməsidir.

Ağalıda məktəblilərin veloyürüşü təşkil olunub
Ağalıda məktəblilərin veloyürüşü təşkil olunub
Ağalıda məktəblilərin veloyürüşü təşkil olunub
Ağalıda məktəblilərin veloyürüşü təşkil olunub