AMEA Naxçıvan Bölməsində yeni təyinatlar olub
AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin iclasında yeni təyinatlarla bağlı qərarlar qəbul edilib.
Akademiyadan “Azərbaycan müəllimi”nə verilən məlumata görə, iclasda qəbul olunan qərara əsasən, Sərdar Muradov AMEA Naxçıvan Bölməsinin Maliyyə və mühasibat şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Zülfiyyə İsmayıl isə AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin elmi katibi vəzifəsinə təyin edilib.
Qərar barədə məlumatı iclasda AMEA Naxçıvan Bölməsinin sədri, AMEA-nın həqiqi üzvü, akademik İsmayıl Hacıyev təqdim edib.




