Azərbaycanla İsrail elm və texnologiya sahəsində sənəd imzalayıb

4 Fevral, 2026 - 12:35
Azərbaycanla İsrail elm və texnologiya sahəsində sənəd imzalayıb

Azərbaycanla İsrail arasında elm və texnologiya sahəsində Anlaşma Memorandumu imzalanıb.

"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə İsrail Dövlətinin Azərbaycandakı Səfirliyi məlumat yayıb.

Sənədi İsrailin innovasiya, elm və texnologiya naziri Gila Qamliel və Azərbaycanın elm və təhsil nazirinin müavini Həsən Həsənli imzalayıb.

“Bu çərçivə ortaq marağı ortaq innovasiyaya çevirməyi hədəfləyir – tədqiqatçıları, institutları və ideyaları real əməkdaşlıqda birləşdirir”, – deyə səfirliyin məlumatında bildirilib.

Qeyd edək ki, bundan əvvəl Azərbaycan və İsrail arasında süni intellekt sahəsində əməkdaşlıqla bağlı Anlaşma Memorandumu imzalanıb.