AzTU “QS dünya universitetləri reytinqi”ndə 801–850-ci yerdə qərarlaşıb
Azərbaycan Texniki Universiteti (AzTU) ali təhsil sahəsində dünyanın ən nüfuzlu qiymətləndirmə sistemlərindən biri olan “QS World University Rankings 2027” reytinqində 801–850-ci pillədə yer alıb.
"Azərbaycan müəllimi" xəbər verir ki, bu nəticə universitetin təhsil keyfiyyətinin yüksəldilməsi, elmi-tədqiqat fəaliyyətinin gücləndirilməsi və beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişafı istiqamətində həyata keçirdiyi məqsədyönlü fəaliyyətin nəticəsidir.
QS Dünya Universitetləri Reytinqi ali təhsil müəssisələrini akademik nüfuz, işəgötürənlər arasında reputasiya, elmi tədqiqatların təsiri, beynəlxalqlaşma və məşğulluq göstəriciləri kimi meyarlar əsasında qiymətləndirir.
AzTU-nun bu reytinqdə yer alması universitetin beynəlxalq akademik məkanda mövqeyinin möhkəmləndiyini və qlobal səviyyədə tanınmasının artdığını bir daha təsdiqləyir.
Bu uğur universitetin professor-müəllim heyətinin, tədqiqatçılarının, tələbələrinin və tərəfdaşlarının birgə fəaliyyətinin nəticəsidir.




