AzTU universitet-sənaye əməkdaşlığını genişləndirir

28 Noyabr, 2024 - 09:57

AzTU rektoru Vilayət Vəliyev COP29 çərçivəsində RİSK 2024 “İqlim Dəyişikliklərinin Təbii və Texnoloji Risklərinin Minimumlaşdırılmasında İnnovasiyalar: Metodologiya və Təcrübə” adlı 6-cı Avrasiya Konfransında iştirak edən “Dithare Technologies” şirkətinin rəhbəri Muhammed Şəriflə görüşüb. 

Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, görüşdə universitet-sənaye işbirliyinin inkişafı müzakirə edilib.

Qeyd edək ki,” Dithare Technologies” Birləşmiş Ərəb Əmirliyində İT sahəsində fəliyyət göstərir. Şirkət köhnəlmiş və ya təmirə ehtiyacı olan avadanlıqların yenidən təmirini həyata keçirir.