Bağçada tərbiyəçi-müəllim işləmək istəyənlər üçün sənəd qəbulu başlayıb

29 İyul, 2025 - 13:21
Bağçada tərbiyəçi-müəllim işləmək istəyənlər üçün sənəd qəbulu başlayıb
Bağçada tərbiyəçi-müəllim işləmək istəyənlər üçün sənəd qəbulu başlayıb

Məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsinə start verilib.

“Azərbaycan müəllimi” xəbər verir ki, 29 iyul saat 11:00-dan 4 avqust saat 11:00-dək namizədlər www.miq.edu.az portalı vasitəsilə qeydiyyatdan keçə bilərlər.

Qeyd edək ki, bu mərhələdə məktəbəqədər təhsil sahəsi üzrə ali və ya orta ixtisas təhsilli (eləcə də xarici dövlətlərin tanınmış kvalifikasiyasına sahib olan) şəxslər iştirak edə bilər.