Bağçada müəllim işləmək istəyənlərin NƏZƏRİNƏ!
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllim vəzifəsinə vakant yerlərin seçimi üzrə qeydiyyat başlayır.
"Azərbaycan müəllimi" xəbər verir ki, oktyabrın 29-dan başlayan qeydiyyat prosesi noyabrın 4-ü saat 17:00-da başa çatacaq.
Vakant yerlər üzrə qeydiyyatdan 29 avqust 2025-ci il tarixində keçirilən tərbiyəçi-müəllimlərin işə qəbul müsabiqəsinin test imtahanı mərhələsində 40-60 bal aralığında nəticə göstərmiş namizədlər keçə bilərlər.
Namizədlər yalnız bir məktəbəqədər təhsil müəssisəsi seçə bilərlər.
Vakant yerlərin seçimi üzrə qeydiyyatdan keçmiş namizədlər SMS vasitəsilə müsahibəyə dəvət olunacaqlar. Müsahibədə uğur qazanmış namizədlər bal ardıcıllığına uyğun olaraq vakant yerlərə təyin olunacaqlar.
Müsahibəyə dəvət olunan namizədlərin şəxsiyyət vəsiqəsi və diplomunu təqdim etməsi mütləqdir.
Namizədlər aşağıda qeyd olunan linkə daxil olaraq qeydiyyatdan keçə bilərlər.
-
ElnarəBaxçaya dayə ( müəllimə köməkçisi)10 gün əvvəlCavablaLike (0) -
ZeynebSalam Men Asef zeynalinin piano fakultesini bitirmisem baxca terbiyeci ve yaxud muelime kimi islemek isteyirem1 ay əvvəlCavablaLike (0) -
TəranəSalam, 29 yasim var, mən baxcada muəllimə köməkcisi isləmək istəyirəm, xirdalan ərazisində, zəhmət olmasa uyun is olsa mənlə əlaqə saxlayin3 ay əvvəlCavablaLike (0) -
TəranəSalam, 29 yasim var, xirdalan ərazisində baxcasinda muəllimə köməkcisi isləmək istəyirəm, zəhmət olmasa hansi baxcaya uygun olsa mənə əlaqə saxlayin.3 ay əvvəlCavablaLike (0) -
Nuriyeva aiseSalam men bagcada daye kimi islemek isdyirem masazir uzre yer olsa mene komeklik ederdiniz Elaqe 050 976 63 794 ay əvvəlCavablaLike (0) -
GövhərSalam adım Gövhərdi 40 yaşım var bağcada işləmək istəyirəm cox xayiş edirəm məni işlə təmin edesiz Goranboyda yaşayıram4 ay əvvəlCavablaLike (0)




