BANM komandaları ilk üç yeri qazanıb

18 Dekabr, 2024 - 14:19
BANM komandaları ilk üç yeri qazanıb
BANM komandaları ilk üç yeri qazanıb
BANM komandaları ilk üç yeri qazanıb
BANM komandaları ilk üç yeri qazanıb
BANM komandaları ilk üç yeri qazanıb
BANM komandaları ilk üç yeri qazanıb
BANM komandaları ilk üç yeri qazanıb
BANM komandaları ilk üç yeri qazanıb

SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) ev sahibliyi və "Huawei" şirkətinin dəstəyi ilə "TransitHack" hakatonu keçirilib. Tədbir öncəsi “Huawei Technologies Azerbaijan” şirkətinin nümayəndələri ilə görüş baş tutub.

Bu barədə Bakı Ali Neft Məktəbindən “Azərbaycan müəllimi”nə məlumat verilib. Bildirilib ki, görüşdə nəqliyyat və ağıllı şəhər texnologiyaları sahəsində innovativ həllərin təşviqinə yönəlmiş hakaton barədə fikir mübadiləsi aparılıb.

Nəqliyyat və ağıllı şəhər texnologiyaları sahəsində innovativ həllərin təşviqinə yönəlmiş hakatonon qalibi BANM olub.

İT həllər istiqamətində:

  1. Komanda "125" (Fərid Lalayev, Səbuhi Hüseynov, Murad Tağıyev, İsmayıl Məmmədzadə, Vüqar Abdulalıyev, Oqtay Əhmədov)
  2. Komanda "Urban Rangers" (Cahar Əkbərov, Anar Nurizadə, Mikayıl Mustafayev, Yusifmilad Quluzadə, Danil Yegarmin)

Tədqiqat istiqamətində:

  1. Komanda "CityGuard" (Rəsul Əhmədov, Rəvan Quluzadə, Emil Əbdürrəhmanlı, Rəvan Xıdırov, Elnur Məmmədov, Anar Mustafayev)
  2. Komanda "Qız Qalası" (Fidan Kərimli, Çingiz Hacıyev, Zahid Abdullayev, Yasəman Məmmədli, Cəbrayıl Qasımlı)

İştirakçılar arasında 35 komanda 12,500 AZN mükafat uğrunda mübarizə aparıb. Hibrid formatda keçirilən yarışa 7 komanda onlayn şəkildə qoşulub. Bu prosesə dünyanın 25 müxtəlif şəhərindən 600-ə yaxın iştirakçı müraciət edib və  20 komanda finala çıxıb.