BMU-da Özbəkistan nümayəndə heyəti ilə təcrübə mübadiləsi aparılıb

19 Oktyabr, 2026 - 11:09
BMU-da Özbəkistan nümayəndə heyəti ilə təcrübə mübadiləsi aparılıb

Bakı Mühəndislik Universitetində (BMU) təcrübə mübadiləsində iştirak edən Özbəkistanın Namangan Dövlət Texniki Universitetinin nümayəndə heyəti Mexanika mühəndisliyi kafedrasının fəaliyyəti ilə tanış olub.

"Azərbaycan müəllimi" xəbər verir ki, kafedranın müdiri Mahir Bəşirov qonaqlara tədris prosesinin təşkili, elmi-tədqiqat infrastrukturu və müasir tədris laboratoriyaları barədə məlumat verib. Eyni zamanda, kafedranın professor-müəllim heyəti ilə təcrübə mübadiləsi, mühəndislik sahələri üzrə birgə tədqiqatların aparılması və elmi-pedaqoji əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.

Daha sonra Maliyyə Nazirliyinin Audit xidmətinin auditoru, kafedranın dosenti Eldar Axundov “Azərbaycan Respublikasında iqtisadiyyatın ümumi inkişaf istiqamətləri və bu sahədə əsas prioritetlər” mövzusunda çıxış edib. O, neft-qaz sənayesinin Azərbaycan tarixindəki rolundan, mühəndis kadrlarının hazırlanmasının əhəmiyyətindən, eləcə də onların elmi bilikləri praktik həllərə çevirərək ölkənin iqtisadi inkişafına töhfə verməsindən danışıb.

Tədbirin davamında Namangan Dövlət Texniki Universitetinin professoru Zokirjon Erkinov təmsil etdiyi ali təhsil müəssisəsi haqqında ətraflı təqdimatla çıxış edib və iştirakçıların suallarını cavablandırıb.

Təcrübə mübadiləsi iki universitet arasında akademik əlaqələrin inkişafına, professor-müəllim heyətinin və tələbələrin peşəkar təcrübəsinin artırılmasına, eləcə də birgə elmi fəaliyyətin təşviqinə xidmət edir.

BMU-da Özbəkistan nümayəndə heyəti ilə təcrübə mübadiləsi aparılıb
BMU-da Özbəkistan nümayəndə heyəti ilə təcrübə mübadiləsi aparılıb
BMU-da Özbəkistan nümayəndə heyəti ilə təcrübə mübadiləsi aparılıb