BSU-da Elmi Şuranın növbəti iclası keçirilib

1 Oktyabr, 2026 - 12:58
BSU-da Elmi Şuranın növbəti iclası keçirilib

Sentyabrın 30-da Bakı Slavyan Universitetində (BSU) rektor Anar Nağıyevin sədrliyi ilə Elmi Şuranın növbəti iclası keçirilib.

Bu barədə universitetdən "Azərbaycan müəllimi"nə məlumat verilib. Bildirilib ki, keçirilən iclasda 2026–2027-ci tədris ilində universitet qarşısında duran əsas vəzifələr, tələbə qəbulunun nəticələri və tədris prosesinin təşkili məsələləri müzakirə olunub. Eyni zamanda yeni tədris ili üzrə tədris planları təsdiq edilib.

Bildirilib ki, 2026–2027-ci tədris ili Bakı Slavyan Universitetinin 80-ci tədris ilidir. Bu əlamətdar yubileyin yüksək səviyyədə qeyd olunması məqsədilə Təşkilat Komissiyasının yaradılması və müvafiq Fəaliyyət Planının hazırlanması qərara alınıb.

İclasda 2025-ci il yay semestrinin nəticələri ilə bağlı hesabat dinlənilib, yay semestrinin təşkili və nəticələri ətrafında fikir mübadiləsi aparılıb.

Həmçinin BSU Akademik Etika Komissiyasının fəaliyyətə başlaması ilə bağlı məsələlər müzakirə olunub və Komissiyanın Əsasnaməsi təsdiq edilib.

Universitetdə həyata keçirilən təmir işləri ilə bağlı hesabat təqdim olunub. Görülən işlərin əmək və tədris şəraitinin daha funksional təşkili, universitetin infrastrukturunun təkmilləşdirilməsi və müasir standartlara cavab verən iş və tədris mühitinin yaradılmasına xidmət etdiyi vurğulanıb.

Sonda cari məsələlər müzakirə olunub.