BSU-da Torayqırov Universitetinin rektoru ilə görüş keçirilib
Sentyabrın 22-də Bakı Slavyan Universitetində (BSU) Qazaxıstan Respublikasının Torayqırov Universitetinin rektoru Nurlan Mədətov ilə görüş keçirilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, görüşdə iki universitet arasında mövcud əməkdaşlığın inkişaf perspektivləri, qarşılıqlı maraq doğuran istiqamətlər, tələbə mübadiləsinin genişləndirilməsi, eləcə də birgə layihələrin həyata keçirilməsi imkanları ətrafında müzakirələr aparılıb.
Qeyd edək ki, BSU ilə Torayqırov Universiteti arasında bir neçə ildir əməkdaşlıq əlaqələri mövcuddur. Universitetlər arasında imzalanmış əməkdaşlıq müqaviləsinə əsasən tələbə mübadiləsi həyata keçirilir. Bu çərçivədə Torayqırov Universitetinin tələbələri mübadilə proqramları vasitəsilə BSU-da bir semestr müddətində təhsil almaq imkanı əldə edirlər.
Görüş çərçivəsində, həmçinin mövcud əməkdaşlığın daha da genişləndirilməsi, tələbə və müəllim mübadiləsinin inkişaf etdirilməsi, yeni birgə layihələrin və akademik təşəbbüslərin həyata keçirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Tərəflər qarşılıqlı maraq doğuran istiqamətlər üzrə əməkdaşlığın davam etdirilməsi, eləcə də gələcəkdə yeni əməkdaşlıq imkanlarının müzakirə olunması barədə razılığa gəliblər.




