BSU-nun üç təhsil proqramı 5 illik akkreditasiya alıb

20 Oktyabr, 2026 - 10:02
BSU-nun üç təhsil proqramı 5 illik akkreditasiya alıb
Bakı Slavyan Universitetinin (BSU) üç təhsil proqramı 5 il müddətində akkreditasiya olunub.

"Azərbaycan müəllimi" xəbər verir ki, Akkreditasiya Şurasının qərarına əsasən, Bakı Slavyan Universitetinin (BSU) “Məktəbəqədər təlim və tərbiyə (Məktəbəqədər təlim və tərbiyənin metodika və metodologiyası)", "Məktəbəqədər təhsil" və "İbtidai sinif müəllimliyi" təhsil proqramları 5 il müddətində akkreditasiya olunmuşdur.
Bu qərar təhsil proqramının akkreditasiya nəticələrinə əsasən, 2026-2031-ci illər ərzində akkreditasiya statusunun təsdiq edildiyini göstərir.
Bakı Slavyan Universiteti təhsilin keyfiyyətinin təmin edilməsi, təhsil proqramlarının müasir tələblərə uyğunlaşdırılması və tədrisin keyfiyyətinin davamlı inkişafı istiqamətində fəaliyyətini davam etdirir.
BSU-nun üç təhsil proqramı 5 illik akkreditasiya alıb
BSU-nun üç təhsil proqramı 5 illik akkreditasiya alıb