Bu il 4 ixtisas üzrə elmlər doktorluğu üçün müraciət olmayıb

13 İyul, 2026 - 16:58
Bu il 4 ixtisas üzrə elmlər doktorluğu üçün müraciət olmayıb

2026-cı ilin birinci yarısında riyaziyyat, astronomiya, yer elmləri, aqrar elmlər, sosiologiya ixtisasları üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün heç bir müraciət qeydə alınmayıb.


“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası məlumat yayıb.


Qeyd edək ki, hesabat dövründə ümumilikdə 40 nəfərə elmlər doktorunun verilməsi, 14 nəfərə isə elmlər doktoru adının verilməsindən imtina edilməsi barədə qərar qəbul edilib.