Buraxılış imtahanlarından azad ediləcək şagirdlərlə bağlı son tarix açıqlanıb

19 Oktyabr, 2026 - 11:15
Buraxılış imtahanlarından azad ediləcək şagirdlərlə bağlı son tarix açıqlanıb

Ümumi təhsil müəssisələri Elm və Təhsil Nazirliyi tərəfindən yaradılan psixoloji-tibbi pedaqoji komissiyaların qərarı əsasında buraxılış imtahanlarından azad edilməli olan sağlamlıq imkanları məhdud buraxılış sinif şagirdlərinin siyahısını 29.01.2027-ci il tarixinə qədər Dövlət İmtahan Mərkəzinə təqdim etməlidirlər.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu, Dövlət İmtahan Mərkəzinin təsdiqlədiyi ““Şagird-məzun" dövlət elektron məlumat sisteminə daxil edilməsi və yekun attestasiyanın aparılması ilə əlaqədar yerinə yetiriləcək işlər üzrə Təqvim Planı”nda qeyd edilib.

Təqvim Planına əsasən, fərdi və təhsilə aid məlumatlarının, həmçinin, əvvəlki tədris ili üzrə illik qiymətlərinin təhsil müəssisələrinin əlaqələndiriciləri tərəfindən “Şagird-məzun” sisteminə daxil edilərək təsdiq edilməsi (ilkin təsdiq) 02.11.2026 - 29.01.2027 tarixləri arasında həyata keçirilməlidir.