Çin məktəblərində yeni motivasiya üsulu: şagirdlərə ev heyvanları verilir
Çin ibtidai və orta məktəb müəllimləri şagirdləri motivasiya etmək üçün yeni üsuldan istifadə etməyə başlayıblar.
“Azərbaycan müəllimi” xarici KİV-ə istinadən bildirir ki, müəllimlər şagirdləri motivasiya etmək üçün onlara onlayn sahiblənə biləcəkləri “rəqəmsal ev heyvanları” verirlər. Müəllimlər davranışları yaxşı olan şagirdlərin virtual ev heyvanlarının qidalanıb böyüməsinə imkan verən innovativ “sinif ev heyvanı yetişdirmə proqramı” tətbiq edirlər.
Bu sistem ilk dəfə Çinin cənub-şərqində yerləşən Çjetszyan əyalətinin Hançjou şəhərindəki Şenqlan orta məktəbində həyata keçirilib.
Platforma seçmək üçün 46 növ ev heyvanı təklif edir. Pişik, it, donuz və ördəkdən əlavə, mini donuzlar, samoyedlər və şəkər planer kimi daha qeyri-adi seçimlər də mövcuddur. Həmin sistemdə şagirdlər ev tapşırıqlarını erkən bitirərkən, sinif təmizliyində iştirak edərkən və ya sinif yoldaşlarına tapşırıqların həllində kömək edərkən xal qazanırlar. Məsələn, onlar yaxşı yerinə yetirilmiş ev tapşırığı və ya müəllimlərdən tərif üçün bir xal, sinif yoldaşlarına kömək üçün iki xal və itirilmiş əşyaları geri qaytarmaq kimi dürüstlük hərəkətləri üçün beş xal qazana bilərlər. Xallar pis davranışlara görə də çıxıla bilər.
Hər bir ev heyvanının səkkiz səviyyəsi var və hər mərhələdə fərqli formalara malik olur. Şagirdlər xallar qazanaraq ev heyvanlarını qidalandırır və səviyyəsini artırırlar.
Bu sistem çinli valideynlər arasında geniş dəstək qazanıb.
Valideynlərdən biri belə yazıb: “Oğlum özünün kiçik delfininin yalnız meduza yeyə bilməsinə görə peşman idi. Buna görə də səviyyəni artırmaq istəyirdi və bunun üçün çox çalışdı. Onun heyvanın indi başqa yemləri də var, daha yaxşı qidalanır”.
Nərmin Məmmədzadə



