Dövlət Proqramı İdarəetmə Qrupu vakansiya elan edir

5 Mart, 2025 - 09:50
Dövlət Proqramı İdarəetmə Qrupu vakansiya elan edir

Dövlət Proqramı İdarəetmə Qrupu Proqram iştirakçıları ilə iş üzrə mütəxəssis (qısamüddətli – 6 aylıq) vakansiyası elan edir.

Bu barədə DP-dən “Azərbaycan müəllimi”nə məlumat verilib.

İş öhdəlikləri:
• Dövlət proqramı üçün qəbul planlarının hazırlanmasında dəstək göstərilməsi;
• Proqrama müraciət edənlərin məlumatlarını yoxlanılması və namizədlərin qəbul prosesinin yekunlaşması üçün tələb olunan akademik məlumatları ilə bağlı problemlər, çatışmayan sənədlər və s. barədə məlumatlandırılması;
• Müsahibədə iştirak edən ekspertlərin məlumat bazasının yenilənməsinin təmin edilməsi;
• Namizədlərin seçiminin aparılması üçün müsahibələrin təşkilinin həyata keçirilməsi;
• Qəbul zamanı vətəndaş sorğularının cavablandırılması;
• Seçilmiş namizədlərlə oriyentasiya görüşünün keçirilməsində dəstək göstərilməsi;
• Tərəflər arasında müqavilələrin imzalanmasının təmin edilməsi;
• Təqaüdçülərin təhsilinin maliyyələşdirilməsi üçün müvafiq sorğuların maliyyə şöbəsi ilə əlaqələndirilməsinin təmin edilməsi;
• İkitərəfli müqavilə üzrə proqram iştirakçılarının öhdəliklərinin yerinə yetirilməsinə nəzarət edilməsi və vəziyyətə dair mütəmadi arayışların hazırlanması;
• Müvafiq məlumat mənbələrinin yenilənməsinin təmin edilməsi;
• Müvafiq statistik hesabatların hazırlanması və mütəmadi yenilənməsinin təmin edilməsi;
• Tələbələrin məzun bazasının formalaşdırılmasının təşkil edilməsi;
• Rəhbər tərəfindən verilən digər aidiyyəti tapşırıqların yerinə yetirilməsi.

QEYD: CV-lərinizi “Proqram mütəxəssisi” başlığı ilə Nuray.Ashrafli@edu.gov.az elektron poçt ünvanına göndərə bilərsiniz.

Dövlət Proqramı İdarəetmə Qrupu vakansiya elan edir
Dövlət Proqramı İdarəetmə Qrupu vakansiya elan edir