Elbrus İsayev: “Bütün proqramlarda rəqəmsallaşmanın tətbiqinə çalışacağıq”

30 Oktyabr, 2025 - 13:17
30 Oktyabr, 2025 - 13:17
 0  6
Elbrus İsayev: “Bütün proqramlarda rəqəmsallaşmanın tətbiqinə çalışacağıq”

“NDU klassik model universitetdir. Burada bütün sahələri əhatə edən 250 proqram üzrə kadr hazırlığı aparılır. Çalışacağıq ki, bütün proqramlarda süni intellektin, rəqəmsallaşmanın tətbiqinə nail olaq”.

“Azərbaycan müəllimi” xəbər verir ki,  bu sözləri "Gələcəyin peşələri sammiti: Naxçıvan-2025"in rəsmi açılış mərasimində NDU-nun rektoru Elbrus İsayev deyib.

O bildirib ki, IBM şirkəti ilə əməkdaşlıq çərşivəsində NDU-da Proqramlaşdırma Mühəndisliyi Mərkəzi yaradılıb: “Dövlət proqramına uyğun olaraq gələcəkdə mərkəzin institut səviyəsində strukturlaşdırlımasını istərdik.

NDU-da kompüter mühəndisliyi, nanotexnologiyalar, biotexnologiya üzrə yeni ixtisaslar yaradılıb. Qeyd edim ki, hazırda inşası gedən Texnologilar Parkında  nanotexnologiyalar labaratoriyasının qurulması işini davam etdiririk”.