Emin Əmrullayev: Qızların təhsilinə dəstək üçün özəl şirkətlərlə əməkdaşlıq çərçivəsində bir sıra layihələr icra olunur
"Təhsilin İnkişafı Fondunun yaradılması tərəqqiyə atılan addımdır".
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu “Tərəfdaşlıqdan Tərəqqiyə” şüarı ilə keçirilən Təhsilin İnkişafı Forumunda elm və təhsil naziri Emin Əmrullayev deyib.
O bildirib ki, bu forum bizim üçün müəyyən mənada fərqli xarakter daşıyır:
"Müxtəlif tərəflər, elm və təhsil qurumları, özəl şirkətlər və dövlət qurumları bir araya gəlib. İnanıram ki, irəliləyən saatlarda nələrsə öyrənərək bu forumdan ayrılacağıq".
Nazir vurğulayıb ki, təhsilin inkişafı ilə bağlı özəl şirkətlərlə əməkdaşlıq şəraitində bir sıra layihələr həyata keçirilir. Bunların arasında qızların təhsilinə dəstək ideyaları da var, istiqamətlər çoxdur. Bu gün forumda biz bütün bu istiqamətlər üzrə görülə biləcək işləri birlikdə müzakirə edəcəyik.


