GDU-nun boksçu tələbəsi Azərbaycan çempionatının qalibi olub

29 Yanvar, 2026 - 13:55
GDU-nun boksçu tələbəsi Azərbaycan çempionatının qalibi olub

Gəncə Dövlət Universitetinin (GDU) tələbəsi, GDU İdman Klubunun yetirməsi Fatimə Mehdiyeva qadın boksçular arasında keçirilən Azərbaycan çempionatında qalib olub.

"Azərbaycan müəllimi" xəbər verir ki, ilk raundda Leyli Bayramovaya tam üstünlüklə qalib gələn Fatimə Mehdiyeva 65 kiloqram çəkidə ölkənin ən güclüsü adını qazanıb.

Qeyd edək ki, Fatimə Mehdiyevanın məşqçisi GDU-nun İdman Klubunun əməkdaşı Orxan Əliyevdir.

GDU-nun boksçu tələbəsi Azərbaycan çempionatının qalibi olub
GDU-nun boksçu tələbəsi Azərbaycan çempionatının qalibi olub