Gələn il dövlət hesabına oxuyanlar üçün 613 milyon manat ayrılacaq
2027-ci ildə dövlət sifarişi və dövlət hesabına 149 min tələbə təhsil alacaq, 119 min tələbə təqaüd alacaq.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri elm və təhsil nazirinin müavini Kənan Kərimzadə Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı səsləndirib.
Nazir müavini bildirib ki, 2027-ci ildə bu istiqamətə 613 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub.




