“GreenMetric” reytinqi bu günlərdə elan olunacaq - Ülkər Səttarova
"Bu günlərdə “GreenMetric” reytinqi elan olunacaq. Keçən ilin nəticələrinə görə, Azərbaycandan 19 universitet bu reytinqdə qərarlaşıb".
"Azərbaycan müəllimi" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova deyib.
O qeyd edib ki, Bakı Dövlət Universiteti burada ilk sıralarda olub:
“Düşünürəm ki, bu tədbirin məhz Bakıda keçirilməsi məntiqlidir. Bilirsiniz ki, Bakı bundan əvvəl COP29-a, Dünya Şəhərsalma Forumuna ev sahibliyi edib. Hazırda da “GreenMetric Sustainable University Rankings 2026 Results & Ceremony” tədbirinə ev sahibliyi edir".
Direktor qeyd edib ki, tədbir bir neçə gün davam edəcək:
"Burada böyük ali təhsil müəssisələrinin rəhbərləri, xarici qonaqlar da var. Gördüyünüz kimi, tədbirə böyük maraq var. Tədbirin Bakıda, Azərbaycan Dövlət Neft və Sanəye Universitetində keçirilməsi çox vacibdir. Bu həm diqqətin cəlb edilməsi, həm də universitetlərimizin mütəxəssislərinin əlaqələrinin genişləndirilməsi baxımından əhəmiyyətlidir".




